“Bakı Metropoliteni” 104 min manat dəyərində avtomobil alır

22.11.2021,17:16


22 noyabr, Fineko/abc.az.  “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti “PLT Business” MMC ilə müqavilə bağlayıb.

ABC.AZ xəbər verir ki, sözügedən müqavilə QSC-nin bir müddət əvvəl elan etdiyi tender çərçivəsində imzalanıb.

Müqavilədə “Bakı Metropoliteni” QSC üçün 2 ədəd elektrik mühərrikli avtomobillərin satınalınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 104 312 manatdır.