9 aylıq faiz xərcləri 30 mln manatdan çox olan banklar - Siyahı

10:45 - 23.11.2021


23 noyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu ilin yanvar-sentyabr aylarındakı faiz xərcləri 30 milyon manatdan çox olub.

ABC.AZ renkinq.az-a istinadla xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (68,316 milyon manat), “Kapital Bank” (49,558 milyon manat), “PAŞA Bank” (40,122 milyon manat) ASC-lər, eləcə də “Access Bank” QSC-dir (34,369 milyon manat).

Qalan 22 bankdan 9-da faiz xərcləri 10-30 milyon manat arasında, 10 bankda 1-10 milyon manat arasında, 3 bankda isə 1 milyon manatdan azdır.

Bütün xəbərlər