Dollar türk pulunu sıxışdırmaqda davam edir - Lirə yenə ucuzlaşdı

11:54 - 23.11.2021


23 noyabr, Fineko/abc.az. Dollar Türk Lirəsi qarşısında da bahalaşır.

23 noyabr üçün manatın məzənnəsi

 

ABC.AZ xəbər verir ki, Dollar/TL məzənnəsi 12 lirə səviyyəsinə yaxınlaşıb. Bakı vaxtı ilə saat 11:37-də Dollar/TL məzənnəsi 4,6% artımla 11,9950 səviyyəsini test edib.

Ekspertlər dolların bahalaşması noyabrın 22-də ABŞ prezidenti Co Baydenin Federal Ehtiyatlar Sisteminin  hazırkı sədri Cerom Paueli bu vəzifəyə ikinci müddətə namizəd kimi təqdim etməsi ilə bağlıdır.

Müəllif: Elmir Murad

Bütün xəbərlər