Lənkərana “İnvestisiya səyahəti” təşkil olunacaq

12:32 - 23.11.2021


23 noyabr, Fineko/abc.az.  Mərkəzi Bankın İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, "Bakı Fond Birjası" QSC (BFB) və investisiya şirkətlərinin təşkilatçılığı ilə həyata keçirdiyi “İnvestisiya səyahəti” layihəsi çərçivəsində noyabrın 30-da Lənkəran şəhərinə səfər təşkil olunacaq.

Bu barədə ABC.AZ BFB-yə istinadən xəbər verir.

Xatırladaq ki, layihənin məqsədi ölkədə maliyyə savadlılığının artırılması, kapital bazarı vasitəsilə maliyyələşmənin təşviqidir. Səfər çərçivəsində təşkil olunacaq tədbirdə kapital bazarının mütəxəssisləri sahibkarlara kapital bazarı vasitəsilə maliyyələşmənin və BFB-də listinqin üstünlüklərini çatdıracaq, investisiya şirkətləri kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektləri ilə bu barədə interaktiv müzakirələr aparıb, maliyyələşmə imkanlarını dəyərləndirəcək.

Müəllif: Elmir Murad

Bütün xəbərlər