Hibrid avtomobillər ƏDV-dən azad olunacaq - 3 illik

23.11.2021,14:49


23 noyabr, Fineko/abc.az Vergi Məcəlləsinə təklif olunmuş növbəti dəyişikliklərdən biri ekoloji baxımdan təmiz nəqliyyat vasitələrinin idxal və satışına vergi güzəştlərinin müəyyən edilməsidir. ABC.AZ-ın məlumatına görə, ölkənin avtomobil sektorunda ekoloji baxımdan təhlükəsiz nəqliyyat vasitələrinin xüsusi çəkisinin artırılması məqsədilə Vergi Məcəlləsinə bir sıra dəyişikliklər təklif edilib.  Belə ki, elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı satışının, habelə həmin avtomobillər üçün elektrik enerji doldurucularının idxalının 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur. İstehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalının da 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi təklif olunur.