Ötən ay artan ödəniş kartları - Siyahı

15:48 - 23.11.2021


23 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Mərkəzi Bank oktyabr ayında Azərbaycanda ödəniş kartlarının sayının artdığını açıqlayıb.

Ödəniş kartları ötən ay 244 min ədəd artıb - Hesabat

ABC.AZ xəbər verir ki, oktyabrda sosial kartların sayı 64 min ədəd artaraq 3 milyon 460 min ədədə, əməkhaqqı kartlarının sayı 23 min ədəd artaraq 2 milyon 629 min ədədə, sosial və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı 98 min ədəd artaraq 3 milyon 222 min ədədə, kredit kartlarının sayı isə 59 min ədəd artaraq 1 milyon 362 min ədədə çatıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər