Bu ödəniş kartlarının sayı artıb - Hesabat

16:10 - 23.11.2021


23 noyabr, Fineko/abc.az Cari ilin 10 ayı ərzində (yanvar-oktyabr dövründə) sosial kartların sayı 17 min ədəd artıb. ABC.AZ-ın məlumatına görə, artım tək sosial kartlarda baş verməyib. Sözügedən dövrdə əməkhaqqı kartlarının sayı 128 min ədəd, sosial və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı 1 milyon 29 min ədəd, kredit kartlarının sayı isə 269 min ədəd artıb.  Qeyd edək ki, 2020-ci il ərzində cəmi ödəniş kartlarının sayı 1 milyon 964 min ədəd artıb. 2019-cu ilin sonunda cəmi ödəniş kartlarının sayı 7 milyon 266 min ədəd təşkil etmişdi. Belə ki, 2020-ci il ərzində sosial kartların sayı 1 milyon 60 min ədəd, əməkhaqqı kartlarının sayı 185 min ədəd, digər debet kartlarının sayı 424 min ədəd, kredit kartlarının sayı isə 210 min ədəd artmışdı.
Bütün xəbərlər