“Optimal Elektronika”nın istiqrazlarına 5 investor müştəri çıxdı

16:59 - 23.11.2021


23 noyabr, Fineko/abc.az. Noyabrın 23-də  "Bakı Fond Birjası" QSC-də “Optimal Elektronika” MMC-nin 2,5 milyon manat dəyərində istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

ABC.AZ BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 1 000 manat olan 2 500 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqraz çıxarılıb. Qiymətli kağızlar standart bazar seqmentində, birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub.

İstiqrazlara 5 investor ümumi məbləği 2,5 milyon manat təşkil edən 5 sifariş təqdim edib və yerləşdirmə tam baş tutub.
Qiymətli kağızlar 18 ay müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 12%-dir. Faizlər 6 aydan bir ödəniləcək. Prosesin anderrayteri "Azfinance İnvestisiya Şirkəti" QSC-dir.
Emintentin istiqrazları tədavül müddətində geri alması nəzərdə tutulmayıb.

Bütün xəbərlər