Bank sektorunun öhdəlikləri artıb - 15 faizdən çox

10:23 - 24.11.2021


24 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Mərkəzi Bank bank sektorunun noyabrın 1-nə hesabatını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, hesabat dövründə bank sektorunun öhdəlikləri 15,1% artaraq 30 028,8 milyon manata, o cümlədən depozit portfeli 23,8% artaraq 24 026,1 milyon manata çatıb.

Bunun 8 713,8 milyon manatı fiziki, 15 312,3 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 12,3%, şirkətlərin banklardakı vəsaitləri isə 31,5% artıb.

Bütün xəbərlər