Azərbaycanda problemli kreditlər azalıb

11:03 - 24.11.2021


24 noyabr, Fineko/abc.az Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il noyabrın 1-nə 815,9 milyon manat təşkil edib. ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd olunub. Müqayisə üçün qeyd edək ki, bu, oktyabrın 1-i ilə müqayisədə 6,3% azdır. Problemli kreditlər ilin əvvəlinə nisbətən 8,65%, son 1 ildə isə 18,9% azalıb. Oktyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 5% təşkil edib. Bu nisbət sentyabrın sonuna 5,5%, ötən ilin sonuna 6,1%, ötən il oktyabrın sonuna isə 6,8% olub.
Bütün xəbərlər