Türk lirəsinin acı taleyi - Ucuzlaşmaqda davam edir

11:17 - 24.11.2021


24 noyabr, Fineko/abc.az. Türk lirəsinin ABŞ dollarına qarşı dəyəri ucuzlaşmaqda davam edir. ABC.AZ xəbər verir ki, lirə bu il ABŞ dolları qarşısında 30%-dən çox ucuzlaşıb. Məlumata əsasən, Türkiyənin Mərkəzi Bankının uçot dərəcəsini 16%-dən 15%-ə endirməsi lirənin ucuzlaşmasını sürətləndirib. Hazırda Türkiyədə 20 faizlik inflyasiya mövcuddur. Buna baxmayaraq Mərkəzi Bankın bu qərarı verməsi lirəyə təzyiqi artırır. Türk lirəsi noyabr ayında dollar qarşısında 11 faiz dəyər itirərək inkişaf etməkdə olan ölkələr sırasında ən pis göstərici nümayiş etdirən valyuta olub. Müəllif: Elmir Murad
Bütün xəbərlər