Avstriyalı iş adamları Qarabağa səfər edəcək

11:50 - 24.11.2021


24 noyabr, Fineko/abc.az. Gələn ilin aprel-may aylarında Avstriyalı iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edəcək. ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Avstriyanın İqtisadiyyat Palatasının Azərbaycan, Gürcüstan və Türkiyə üzrə bürosunun rəhbəri Georq Karabazçek Bakıda keçirilən Azərbaycan və Avstriya sakibkarlarının B2B görüşündə danışıb. G.Karabazçekin sözlərinə görə, Avstriya şirkətləri Qarabağda həyata keçirilən layihələrdə iştirak etməkdə maraqldıır: “Layihələri nəzərdən keçirəcəyik və uyğun olanlara qoşulmağı düşünürük”.
Bütün xəbərlər