Dövlət şirkəti böyük zərər edib - 516 milyon manatdan çox ziyan

14:13 - 24.11.2021


 24 noyabr, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC 2020-ci ili 516 milyon 187 min manat xalis zərərlə başa vurub.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, qurumun maliyyə hesabatına görə, bu, 2019-cu ilə nisbətən 2,3 dəfə çoxdur. Son nəticədə səhmdar cəmiyyətinin yığılmış zərəri 30,4% artaraq 2 milyard 212 milyon 434 min manat olub.

Ötən il ADY-nin əməliyyat gəlirləri 422 milyon 299 min manat (illik müqayisədə 4% çox), əməliyyat xərcləri 514 milyon 323 min manat (11,9 % çox), digər xərcləri 423 milyon 133 min manat (2,5 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1,03 milyon manat (3,7 dəfə az) təşkil edib.

Bütün xəbərlər