Səhiyyə nazirliyi spam mesajlar barədə açıqlama verdi

14:20 - 24.11.2021


24 noyabr, Fineko/abc.az/ Son günlər Səhiyyə Nazirliyi adından çıxış edən kiberdələduzlar tərəfindən istifadəçilərə “WhatsApp” üzərindən “spam” mesajlar göndərilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ABC.AZ-a bildirilib ki, mesaj göndərən şəxs Səhiyyə Nazirliyi depo departamentinin insan resursları şöbəsinin baş koordinatoru Emil Hüseynov olduğunu iddia edir: “Həmin şəxs vətəndaşların müxtəlif vakansiyalar üzrə müraciətlərinin müsbət dəyərləndirildiyini iddia edir və bunun təsdiqi üçün onlardan 58 manat ödəniş etməsini tələb edir. Bildiririk ki, Səhiyyə Nazirliyində bu adda şöbə fəaliyyət göstərmir və göndərilən mesajlar həqiqəti əks etdirmir”.

Bütün xəbərlər