330x110
 

Şuşa türk dünyasının paytaxtı olacaq - Nazirdən açıqlama

24.11.2021,16:39


24 noyabr, Fineko/abc.az. 2023-cü ildə Şuşa türk dünyasının paytaxtı elan olunacaq.

ABC.AZ-ın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, bu məlumat TÜRKSOY-un toplantısında elan olunacaqdı. "Amma mən prosesləri qabaqlamaq istədim. Bütün türkdilli qardaşlarımızın iştirakı ilə tədbirlər keçiriləcək"- nazir qeyd edib