Türkiyəyə 10 milyard dollar investisiya qoyulur

10:08 - 25.11.2021


 25 noyabr, Fineko/abc.az. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Türkiyəyə investisiyalar üçün 10 milyard dollar ayırıb.

ABC.AZ-ın məlumatına görə,  bundan əvvəl Türkiyə və BƏƏ arasında ticarət, enerji və ətraf mühitin mühafizəsi də daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığa dair doqquz saziş imzalanıb.

İmzalanma mərasimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Əbu-Dabinin vəliəhdi və BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə danışıqlarından sonra Ankaradakı prezident sarayında keçirilib. Bu, BƏƏ hökuməti nümayəndəsinin 2012-ci ildən bəri Türkiyəyə ilk yüksək səviyyəli səfəridir. Müəllif: Elmir Murad

Bütün xəbərlər