9 ayda əməliyyat zərərinə uğrayan banklar - Siyahı

10:18 - 25.11.2021


25 noyabr, Fineko/abc.az.  Azərbaycanda fəaliyyət göstərən  bankların bir neçəsi cari ilin yanvar-sentyabr aylarında əməliyyat mənfəəti əldə etməyib.

ABC.AZ  renkinq.az-a istinadla  xəbər verir ki, bunlar “Muğan Bank”, və “Premium Bank” ASC və Pakistan Milli Bankının Bakı filialıdır.
Başqa sözlə, bu banklar əməliyyat zərərinə uğrayıblar. Zərərin ən yüksək həddi “Premium Bank”da (947 min manat) qeydə alınıb.

Qalan digər banklar isə müxtəlif məbləğlərdə əməliyyat mənfəəti əldə edib. Bu baxımdan ən yüksək göstərici “Kapital Bank” ASC-də (272,852 milyon manat), ən aşağı göstərici isə “Bank BTB” ASC-də (62 min manat) qeydə alınıb.

Bütün xəbərlər