Sığorta müqaviləsinin müddətsiz bağlanması təsdiqləndi

10:55 - 25.11.2021


25 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin və İcbari Sığorta Bürosunun (İSB) rəhbər şəxsləri “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nin yeni məzmunu və formasına dair arasında onlayn görüş keçirilib.

Mərkəzi Bankdan ABC.AZ-a daxil olan məlumata görə, yeni müqavilənin məzmununa və formasına uyğun olaraq İSB-nin informasiya sistemində edilmiş dəyişikliklər barədə tədbir iştirakçılarına məlumat verilib.

Təsdiq olunmuş yeniliklərə əsasən, sığorta müqaviləsi müddətsiz bağlanır və ümumi tərəfdaşlıq müqaviləsi rolunu oynayır. “Sığorta müqaviləsinin qoşması” hər müqavilə ili üzrə tərtib olunur və müqavilə ili ərzində sığortaolunanlarla bağlı bütün dəyişikliklər müqavilənin qoşmasına əlavə formasında rəsmiləşdirilir.

Bütün xəbərlər