Banklarda müştəri hesabları artıb - Statistika

11:13 - 25.11.2021


25 noyabr, Fineko/abc.az. 2021-ci ilin oktyabr ayında banklarda müştəri hesablarının sayı 25 103 866 olub.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu da cari ilin sentyabr ayı ilə müqayisədə 489 688 ədəd və ya 2%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 4 348 359 ədəd və ya 21% çoxdur.

Bu ilin oktyabr ayında müştərilərin banklardakı kredit hesabları da artıb. Belı ki, sözügedən dövrdə kredit hesabları 3 629 447 ədəd olub. Bu, sentyabr ayı ilə müqayisədə 147 594 ədəd və ya 4.2% artım deməkdir. Ötən ilin müvafiq dövrünə nisbətən kredit hesablarının sayında 930 657 ədəd və ya 34.5% artım müşahidə olunur. Müəllif: Elmir Murad

Bütün xəbərlər