330x110
 

Azərbaycanın iqtisadi potensialı Koreyada nümayiş edilib- Forum keçirildi

25.11.2021,12:02


25 noyabr, Fineko/abc.az. Koreyanın paytaxtı Seul şəhərində "Azərbaycan – Koreya Ticarət və İnvestisiya Forumu: Qarabağa Böyük Qayıdış: azad olunmuş ərazilərin investisiya potensialı, cari və planlaşdırılmış layihələr” mövzusunda tədbir keçirilib.

İqtisadiyyat Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə,  tədbirdə kənd təsərrüfatı və qida sənayesi, tikinti, ticarət, təhsil və digər sahələri təmsil edən 50-dən çox Koreya şirkəti iştirak edib. Forumda çıxış edən iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Azərbaycanda 70-dən çox Koreya şirkətinin fəaliyyət göstərdiyini qeyd edib.

O, Koreya şirkətlərini Azərbaycanın əlverişli işgüzar mühitindən yararlanmağa, fəal əməkdaşlığa, işğaldan azad olunmuş ərazilərimizdə reallaşdırılan layihələrdə iştirak etməyə dəvət edib. Tədbirdə həmçinin, Ələt Azad İqtisadi Zonasının ticarət, nəqliyyat-logistika imkanları və Azərbaycanda reallaşdırılan investisiya layihələrinə dair təqdimat keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.