Bu ölkələrdən quş idxalına qadağa qoyuldu – Siyahı

12:17 - 25.11.2021


 25 noyabr, Fineko/abc.az. 25 noyabr, Fineko/abc.az. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, İsraildə, İrlandiyada, Niderland Krallığının Frislandiya əyalətində, İngiltərənin Yorkşir-Humber və Şimal-Qərb İngiltərə regionlarında, Almaniya vilayətlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) ABC.AZ-a daxil olan məlumata görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə İsrail Dövlətinin Cənub dairəsindən, İrlandiya Respublikasının Monaxan inzibati ərazi vahidindən, Niderland Krallığının Frislandiya əyalətindən, İngiltərənin Yorkşir-Humber və Şimal-Qərb İngiltərə regionlarından, Almaniya Federativ Respublikasının Aşağı Saksoniya və Şimali Reyn-Vestfaliya vilayətlərindən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının, quş yemləri və quş üçün yem əlavələrinin , quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Bütün xəbərlər