Bakıda bəzi yollarda sürət həddi endirildi - Siyahı

12:29 - 25.11.2021


25 noyabr, Fineko/abc.az. Hazırda müşahidə edilən yağışlı və küləkli hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh, Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. 

Bakı Nəqliyyat Agentliyindən ABC.AZ-a bildirilib ki, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin meterioloji amilləri nəzərə alsınlar.

Bütün xəbərlər