330x110
 

Tələbələr üçün kredit banklar tərəfindən ödənilir - Nazir müavini

25.11.2021,14:40


25 noyabr, Fineko/abc.az Təhsil tələbə krediti bütün ölkələrdə dövlət tərəfindən subsidiyalaşdırılır.

ABC.AZ xəbər verir ki, bunu brifinqdə təhsil nazirinin müavini İdris İsayev deyib.

O bildirib ki, təhsil göstəriciləri stimullaşdırılır. "Sosial həssas qrupa aid tələbələrə güzəştlər edilir. Kredit banklar tərəfindən ödənilir. Bu, ümumi cəhətlərdir və bunları nəzərə alaraq Azərbaycanda da kreditlər formalaşdırılıb" deyə nazir vurğulayıb. İ.İsayevin sözlərinə görə, tələbə kreditlərinin verilməsinin məqsədi təhsil sisteminə tələbənin əlçatanlığının təmin edilməsidir: "Həmçinin təhsilin əhatə dairəsi genişləndirilsin. Ödənişli təhsil alan tələbələrimiz də var ki, təhsil haqqını ödəməkdə çətinlik çəkirlər. Bəziləri müəyyən dövrdən sonra təhsillərini dayandırırlar. Bu sistem tələbələrə yeni imkanlar açır. Digər məqsədimiz təhsilin keyfiyyət göstəricilərinin stimullaşdırılmasıdır. Həmçinin sosial həssas qrupdan olan tələbələrin sosial çətinliklərini də aradan qaldıracaq. Bu, dövlətin təhsil sisteminə maliyyə dəstəyinin artırılmasıdır”.