Qiyabi təhsil alanlar kredit ala bilməyəcəklər - Açıqlama

15:19 - 25.11.2021


 25 noyabr, Fineko/abc.az.  Tələbə təhsil krediti alacaq tələbələr üçün özəl və ya dövlət universitetinin fərqi yoxdur.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı keçirilən brifinqdə deyib. O bildirib ki, ödənişli əsaslarla oxuyan tələbə kredit almaq hüququna malikdir: "Kredit yalnız ölkədə qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərən təhsil müəssisələrində təhsil alan Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub".

Nazir müavini xatırladıb ki, qiyabi təhsil alanlar kredit ala bilməyəcəklər.

Bütün xəbərlər