Bu müəssisə hərraca çıxarılır - Özəlləşdiriləcək

15:45 - 25.11.2021


25 noyabr, Fineko/abc.az.   Əmlak Məsələləri Dövlət Xidməti “Şəki Şərab” MMC-nin dövlətə məxsus 3 milyon 898 min 812 manat dəyərində olan payı və əmək kollektivi üzvlərinə güzəştli satışdan qalan hissəsinin satışı üzrə investisiya müsabiqəsi elan edir.

ABC.AZ İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, müəssisənin nizamnamə kapitalı 4 milyon 500 0min manat, öhdəlikləri 535 min 744 manat, debitor borcları 233 min 245 manat təşkil edir.

Bu müəssisənin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 4 milyon 200 min manatdan az olmayan investisiya proqramı təqdim etməli, yeni iş yerlərinin yaradılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi ilə bağlı təkliflərini verməlidir.

Bütün xəbərlər