330x110
 

Qazaxıstanda xarici internet şirkətləri vergi ödəyəcək - Qərar

25.11.2021,15:48


 25 noyabr, Fineko/abc.az.  Qazaxıstanda mal satan və xidmətlər göstərən xarici internet şirkətləri gələn ildən əlavə dəyər vergisini (ƏDV) ödəməli olacaqlar.

ABC.AZ xəbər verir ki, müvafiq müddəa parlament Senatının təsdiq etdiyi “Vergilər və büdcəyə digər icbari ödənişlər haqqında” məcəlləyə dəyişiklik və əlavələrdə öz əksini tapıb.

Bu 2022-ci il yanvarın 1-dən Vergi Məcəlləsi Qazaxıstan Respublikasında mal və xidmətlər təqdim edən xarici internet şirkətləri tərəfindən ƏDV-nin qeydiyyata alınması və ödənilməsi üçün sadələşdirilmiş proseduru nəzərdə tutur.