330x110
 

PA rəsmisi V.Putinin xüsusi nümayəndəsi ilə görüşüb - Nələr müzakirə edilib?

25.11.2021,16:01


 25 noyabr, Fineko/abc.az.   Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev noyabrın 25-də Rusiya Prezidentinin mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb.

ABC.AZ xəbər verir ki, görüşdə dostluq və mehriban qonşuluq təməlləri üzərində qurulmuş Azərbaycan-Rusiya əməkdaşlığının strateji tərəfdaşlıq səviyyəsində hərtərəfli inkişafında iki ölkənin dövlət başçılarının xüsusi rolu vurğulanıb. İkitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri olan humanitar sahənin əhəmiyyəti qeyd olunub və bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair qarşılıqlı niyyət bir daha ifadə edilib.