Yanvarın 1-dən onların pensiyaları artımla veriləcək

16:15 - 25.11.2021


25 noyabr, Fineko/abc.az.  Yanvarın 1-dən artıq əlilliklə bağlı pensiyaların artımı icra olunacaq.

ABC.AZ xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev paytaxtda keçirilən Zəfər avtoyürüşü zamanı jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini qeyd edib ki, ümumiyyətlə isə 2 200-dən artıq vətən müharibəsi qazisinə pensiya təyin edilib və bu iş davam etdirilir. "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq bu kateqoriyaya aid olan vətəndaşlarımıza çoxsaylı sosial xidmətlər göstərilir. Təkcə bu il 33 min vətəndaşımız sosial xidmətlərdən yararlanıb. Bu il 150 avtomobil bu kateqoriyaya aid olan vətəndaşlarımıza təqdim edilib və proqram gələn il də davam etdiriləcək",- deyə o bildirib. Müəllif: Elmir Murad

Bütün xəbərlər