330x110
 

Bu il neçə qaziyə ev veriləcək? - Nazir müavinindən açıqlama

25.11.2021,16:30


 25 noyabr, Fineko/abc.az. Bu il 3 min qazi və şəhid ailəsi fərdi ev və mənzillərlə təmin olunacaq.

ABC.AZ xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev paytaxtda keçirilən Zəfər avtoyürüşü zamanı jurnalistlərə açıqlamasında deyib. 

"Artıq bu il 2 minə yaxın mənzil həmin kateqoriyadan olan vətəndaşlarımıza təqdim edilib. Bundan əlavə əsas sosial dəstək layihələrinin biri də özünüməşğulluqdur. Bu il ərzində 5 500-ə yaxın qazi və şəhid ailələri özünüməşğulluq proqramına cəlb edilib", - deyə o bildirib