330x110
 

AMB valyuta hərracında banklara 105,5 mln. dollar satıb

25.11.2021,16:48


 25 noyabr, Fineko/abc.az. Noyabrın 25-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.

AMB-dən ABC.AZ -a bildirilib ki, hərracda tələb 105,5 milyon ABŞ dolları olub və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.