Azərbaycanın Nazirlər Kabinetinin müvəqqəti tərkibi təsdiqləndi

14:04 - 18.04.2018


18 aprel, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinin istefa verməsini nəzərə alaraq, Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilir.

Sərəncam, imzalandığı gündən, yəni 18 aprel 2018-ci il tarixindən qüvvəyə minir.

 

Bütün xəbərlər