330x110
 

Azərbaycan Türkiyədən quru çay alacaq - Müqavilə imzalanıb

25.11.2021,16:53


 25 noyabr, Fineko/abc.az.  Azərbaycanın Türkiyədən quru çay idxal etməsi ilə bağlı iki ölkənin şirkətləri arasında müqavilə imzalanıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin çayçılıq müəssisələrini birləşdirən "Çaykur"un baş direktoru Yusuf Ziya Alim məlumat verib.

Onun sözlərinə görə, müqavilə Azərbaycanda 1 000-ə yaxın satış nöqtəsi olan şirkətlərdən biri ilə bağlanılıb.
"Azərbaycanlı qardaşlarımızla türk çayını bir araya gətirməkdən xoşbəxtik”, - deyə Y.Z.Alim qeyd edib.