Azərbaycanın ayaqqabı şirkətləri sərgiyə qatılacaq - Türkiyədə

17:05 - 25.11.2021


25 noyabr, Fineko/abc.az.  Dekabrın 6-9-da Türkiyənin Qaziantep şəhərində "Gapshoes" - 32-ci Beynəlxalq Ayaqqabı və Başmaq Sərgisi keçiriləcək.

ABC.AZ-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər verir. Məlumata görə, sərgidə 300 firma və marka təmsil olunacaq.

Onların arasında Azərbaycana aid şirkətlər də var. Sərgiyə Suriya, İraq, İran, Mərakeş, Sudan, Rusiya, Özbəkistan, Fələstin və Uqandadan ziyarətçilərin baş çəkəcəyi gözlənilir. Qaziantep Sənaye Palatasının rəhbəri Adnan Ünverdi bildirib ki, şəhər bir çox sahələrdə olduğu kimi ayaqqabı və digər dəri məmulatları istehsalında da liderdir.

Bütün xəbərlər