Naxçıvanda ÜDM-də əsas yeri sənaye sahəsi tutur - Statistika

10:34 - 26.11.2021


26 noyabr, Fineko/abc.az Xəbər verdiyimiz kimi Naxçıvan Muxtar Respublikasında yanvar-oktyanr ayları üzrə bəzi iqtisadi göstəricilərin statistikası açıqlanıb. ABC.AZ-ın məlumatına görə, respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 922 milyon 291 min 600 manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur. Vəsait qoyuluşları çərçivəsində 2021-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 869 milyon 785 min 700 manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 1,2 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 824 milyon 112 min 200 manatı və ya 94,7 faizi tikinti-quraşdırma işlərinin payına düşüb. Müəllif: Elmir Murad
Bütün xəbərlər