BirKart sahibləri PAŞA Sığortadan taksitlə kasko sığortası əldə edə bilərlər
10:42 - 26.11.2021
26 noyabr, Fineko /abc.az. Artıq Kapital Bank-ın Bakı şəhərində olan filiallarında PAŞA Sığortanın “Optimal KASKO” məhsulunu əldə etmək
mümkündür. Avtomobil sahibləri illik cəmi 250 AZN-dən başlayan sığorta haqqı ödəməklə nəqliyyat vasitələri üçün
2000 AZN məbləğində könüllü sığorta təminatı əldə edirlər.
Əlavə olaraq BirKart sahibləri məhsulun dəyərini 6 ay ərzində, əlavə komissiya və faiz olmadan, bərabər hissələrlə
ödəyə bilərlər. Belə ki, 250 AZN dəyərində olan “Optimal KASKO” məhsulunu seçdikdə aylıq ödəniş cəmi 42 AZN
təşkil edəcək.
“Optimal KASKO” avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq,
quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış, heyvanların hərəkəti və təbii fəlakət kimi hadisələrə təminat
verir. Həmçinin, avtomobilin istehsal ilindən asılı olaraq rəsmi təmir servisi təminatı ilə sığorta məhsulunun qiyməti
illik cəmi 300 AZN təşkil edir.
Qeyd edək ki, BirKart-ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. BirKart bir sıra
üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt
müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən başlayan keşbek və
Umico bonusu imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 8000-dən artıq partnyor
şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.
BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook
səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə
SMS və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə, həmçinin BirKart mərkəzlərinə müraciət etmək olar.