İsveçrənin ən varlı adamlarının sərvəti 820 milyard dolları keçib - Siyahı

12:12 - 26.11.2021


 26 noyabr, Fineko/abc.az. İsveçrənin üç yüz ən varlı insanının ümumi varidatının həcmi 821,8 milyard İsveçrə frankına (785 milyard avro) çatıb.

ABC.AZ-ın məlumatına görə, bu isə ötən illə müqayisədə 115 milyard frank çoxdur və yeni rekord sayılır. İllik renkinq hesabatına əsasən, pandemiya baş verməsəydi, gəlirlərin həcmi 16,3 faiz deyil, daha da yüksək ola bilərdi. İsveçrədə vergi ödəyən 300 ən varlı insanın 145-i sərvətinin miqdarına görə milyarderlər kateqoriyasında yer alır.

Siyahıda ilk yerdə “IKEA“ mebel konserninin sahibi Kamprad qardaşları dayanır. Onların 55-56 milyard frank sərvəti var. Siyahıda ilk onluqda yer alan milyarderlərin ümumi sərvətinin həcmi 261 milyard frank dəyərləndirilir. Eyni zamanda bu il 11 nəfər 100 milyon frank həddini keçərək, supervarlılar cərgəsinə qoşula bilib. İsveçrənin ən varlı qadını isə Şarlen de Karvalyo-Haynekendir. Onun sərvətinin həcmi 14-15 milyard frank hesab edilir. Müəllif: Elmir Murad

Bütün xəbərlər