Daha 6 startapçıya şəhadətnamə verildi

12:14 - 26.11.2021


26 noyabr, Fineko/abc.az. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 6 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.

ABC.AZ-ın məlumatına görə, nununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 25-ə çatıb.

“Startap” şəhadətnaməsi "Buta Vending" MMC-nin avtomatlaşdırılmış ticarət köşklərinin istehsalı və satışı, "Cusperco" MMC-nin xidmət təhcizatçıları üçün “www.azdo.az” platforması, "Payriff" MMC-nin onlayn ticarət üçün “www.payriff.com” ödəniş aqreqatoru, fərdi sahibkar Əliağa Ağayevin səhiyyə müəssisələri üçün proqram təminatı, "Oxuyan" MMC-nin onlayn imtahanların təşkili üzrə “www.oxuyan.az” platforması və fərdi sahibkar Fərid Fərmanovun biznes subyektlərində elektron idarəetmənin təşkili üçün bulud tipli proqram təminatı “www.bein.az” layihəsi üçün təqdim edilib. “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Bütün xəbərlər