Azərbaycanla Ruminiya “yaşıl enerji” sahəsində əməkdaşlıqda maraqlıdır

26.11.2021,12:33


 26 noyabr, Fineko/abc.az. Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq əlaqələri, o cümlədən energetika sahəsində mövcud əməkdaşlıq münasibətləri müzakirə edilib.

ABC.AZ-ın məlumatına görə, Energetika nazirliyindəki müzakirələr zamanı Azərbaycan qazının Avropaya nəqlindən, həmçinin gələcəkdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində Bolqarıstan-Rumıniya interkonnektoru və BRUA layihəsinin potensial imkanlarından bəhs edilib.

Rumıniyanın Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında iştirakı, layihəyə və onun gələcəkdə genişləndirilməsinə dəstəyi yüksək qiymətləndirilib. Müzakirələrdə Rumıniya ilə xam neft, neft məhsulları və neft-kimya məhsullarının ticarəti üzrə sıx əməkdaşlıqdan danışılıb. Bərpa olunan enerji mənbələrinə keçidin əhəmiyyəti, bu resurs hesabına gələcəkdə elektrik enerjisi və “yaşıl hidrogen” istehsalı planları haqqında məlumat verilib. İki ölkə arasında mövcud əməkdaşlığın “yaşıl enerji” sahəsində genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.