Bu şirkətə əlavə pul qoyuldu - Nizamnamə kapitalı artırıldı

14:54 - 26.11.2021


26 noyabr, Fineko/abc.az. Azərbaycanın qida bazarının (FMCG) iştirakçılarından olan “AZ FP CO LTD” MMC (Azerbaijan Food & Packaging Company) bazarda mövqeyni gücləndirmək istəyir.

ABC.AZ-ın məlumatına görə, ölkə bazarında “Milla” süd məhsulları ilə tanınan şirkətin nizamnamə kapitalı 1 503 000 manat və ya 8.4% artırılıb. Bununla da “AZ FP CO LTD”nin nizamnamə kapitalı 19 481 038 manatdan 17 978 038 manata qaldırılıb.

Onu da qeyd edək ki, şirkətə üç ay öncə də pul yatırılmışdı. Sözügedən dövrdə 7 000 000 manat, yaxud nizamnamə kapitalı 64% artırılmışdı. Müəllif: Elmir Murad

Bütün xəbərlər