Soçidə üçtərəfli görüş başladı

17:30 - 26.11.2021


26 noyabr, Fineko/abc.az Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb.

ABC.AZ xəbər verir ki, danışıqlar V.Putinin təşəbbüsü ilə keçirilir. Görüş 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın birinci ildönümünə həsr edilib.

Görüşdə sabitliyin güclənməsi istiqamətində atılacaq addımlar və Qarabağda dinc həyatın bərqərar olmasına dair məsələlər müzakirə edilir.

Prezident Soçiyə getdi - Paşinyanla görüş olacaq

İlham Əliyevlə Putin görüşdü - Bir sıra məsələlər müzakirə olunub

İlham Əliyev Putinin Qarabağdakı sülhün qorunmasındakı əməyindən danışdı

Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin Bəyanatı

Bütün xəbərlər