Smart-kart tipli sayğaclarda yenilik gözlənilir

26.11.2021,17:35


26 noyabr, Fineko/abc.az. İstehsalatda olan köhnə smart-kart tipli sayğaclar “card reader” ilə əlaqələndirilicək. ABC.AZ-ın məlumatına görə, bunu “Azəriqaz”ın Baş direktoru Ruslan Əliyev bu gün keçirilən “Açıq qapı” aksiyasında jurnalistlərə bildirib. O qeyd edib ki, bu “card reader”ləri “ASAN Xidmət” Mərkəzlərində və yaxud texnologiyalar satılan mağazalardan əldə etmək mümkün olacaq. "Bu “card reader”in proqram təminatını “Azəriqaz” təmin edəcək. Bu proqramı da abonent istənilən mobil telefona və ya kompüterə yükləyərək həm özünün, qonşunun və istənilən yaxının qaz kartına ödənişini yükləməklə həyata keçirə bilərlər” deyə R. Əliyev qeyd edib.