Azərbaycanda ödəniş sistemləri haqqında qanun qəbul ediləcək - Yaxın vaxtlarda

10:48 - 29.11.2021


29 noyabr, Fineko/abc.az.  “Azərbaycanda ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” yeni qanunun yaxın vaxtlarda qəbul edilməsi gözlənilir.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev bildirib.

“Burada təkcə nağdsız hesblaşamalardan söhbət getmir, bu hesablaşmaları aparan təşkilatların fəaliyyətinin qanuni əsaslarının yaradılması nəzərdə tutulur”, - deyə o, qeyd edib. Bundan başqa, Z.Nuriyevin sözlərinə görə, Azərbaycanda lombardlar haqqında yeni qanun layihəsi hazırlanıb: “Sənəd müvafiq dövlət orqanlarına təqdim edilib".

Bütün xəbərlər