Fermerlerlə bağlı yeni dövlət standartı qəbul edilib

11:22 - 29.11.2021


29 noyabr, Fineko/abc.az . Ölkədə peşəkar fermer təsərrüfatlarının fəaliyyətlərinin təkmilləşdirilməsi və bu sahədə dayanıqlı inkişafının təmin edilməsi məqsədilə özündə beynəlxalq tələbləri ehtiva edən “Peşəkar Fermer Təşkilatı–Qaydalar” adlı yeni dövlət standartı qəbul edilib. 

ABC.AZ xəbər verir ki, ABŞ İnkişaf Agentliyinin (USAID) Özəl Sektorun İnkişafı Layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən işlənib hazırlanan standartın layihəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Bütün xəbərlər