Türkiyənin neft idxalı xeyli azalıb

12:13 - 29.11.2021


 29 noyabr, Fineko/abc.az.   Bir müddətdir milli valyutasının dəyərdən düşməsi ilə gündəm olan Türkiyədə cəmi neft idxalı da azalmaqdadır.

ABC.AZ-ın məlumatına görə, sentyabrda əvvəlki ilin eyni dövrü ilə müqayisədə ölkənin cəmi neft idxalı 11,4% azalaraq 3 milyon 983 min 275 ton olub.

Türkiyənin ümumi yanacaq idxalında mühüm yer tutan xam neft idxalı 16,6% azalaraq 2 milyon 843 min 451 tona düşüb. Bu dövr ərzində dizel növləri üzrə idxal 5,2% artaraq 946 min 200 tona çatıb. İdxalın qalan hissəsini aviasiya və gəmiçilik yanacağı, benzin və mazut növləri və digər məhsullar təşkil edib.

Bütün xəbərlər