Bu Dövlət Xidməti İSO sertifikatı aldı

29.11.2021,14:41


 29 noyabr, Fineko/abc.az. Dövlət Əmək Müfəttişliyi Xidmətində qurumun fəaliyyətinin İSO 37001 “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartının tələblərinə uyğunluğunun təmin edilməsi prosesinə başlanılıb.

ABC.AZ xəbər verir ki, bu standart idarəetmədə şəffaflığın təminatı, korrupsiya risklərini aradan qaldırmaq üçün təlimat, prosedur və siyasət dəstəyini təmin edir. Standartın tətbiqi üçün Xidmət tərəfindən ötən ilin ortalarından mərhələli şəkildə hazırlıq işləri aparır.
İlk mərhələdə beynəlxalq təlimi başa vurmuş Xidmət əməkdaşları imtahandan keçib və  "İSO 37001 standartının tətbiqi üzrə mütəxəssis" beynəlxalq sertifikatı alıblar.