Prezident dünya şöhrətli rəssama vətəndaşlıq verdi

15:55 - 29.11.2021


29 noyabr, Fineko/abc.az.  UNESCO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq Sülh səfiri, Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətov Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradovla görüşüb.

ABC.AZ xəbər verir ki, Komitə sədri dünya şöhrətli rəssamı Azərbaycan vətəndaşlığı alması münasibətilə təbrik edib və ona ölkəmizin dünyada layiqli təmsilçiliyində uğurlar arzu edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Xalq rəssamı Azərbaycan vətəndaşlığı alıb.

Bütün xəbərlər