Almazın qiyməti bahalaşdı - Səbəb yeni ştammdır

29.11.2021,16:11


29 noyabr, Fineko/abc.az.  Cənubi Afrika və Botsvanada tədarük problemləri səbəbindən almaz xammalı son bir neçə gündə 5-10% bahalaşıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən ölkələrdəki xammallar "De Beers" beynəlxalq korporasiyasının əsas yataqlarıdır.

Ekspertlər bahalaşmanı COVID-19 virusunun yeni "Omikron" ştammının yayılması fonunda qeydə alındığını vurğulayıb. Qeyd olunur ki, artan almaz qiymətləri, mümkün təchizat məhdudiyyətləri ilə birlikdə, ABŞ, Çin və Yaxın Şərqdən cilalanmış almaz sifarişləri alan Surat və Mumbaydan olan emalçılar arasında narahatlıq yaradıb.