Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarına böyük maraq var - Nazir

29.11.2021,16:29


29 noyabr, Fineko/abc.az. Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarına böyük maraq göstərilir. Bu sənaye parklarının rezidenti olmaq üçün sahibkarlar tərəfindən İqtisadiyyat Nazirliyinə 10-dək layihə təqdim edilib. ABC.AZ-ın məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb. O qeyd edib ki, bu layihələrin ilkin investisiya dəyəri 40 mln. manata yaxındır. Hazırda layihələrin dəyərləndirilməsi aparılır.