Azərbaycan elektrik enerjisi istehsalını artrıb - İdxal isə azalıb

30.11.2021,10:11


 30 noyabr, Fineko/abc.az.  2021-ci ilin yanvar-oktyabr ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, oktyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2168,8 mln. kVt·st, ixracı 125,8 mln. kVt·st, idxalı 10,3 mln. kVt·st olub.

Energetika Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə oktyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 273,1 mln. kVt·st, ixrac 66,0 mln. kVt·st artıb, idxal isə 0,4 mln. kVt·st azalıb.

Cari  ilin yanvar-oktyabr aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1554,4 mln. kVt·st artaraq 22855,8 mln kVt·st olub. Hesabat dövründə ötən ilin 10 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 1394,8 mln. kVt·st artaraq 21458,6 mln kVt·st, SES-lərdə 162,5 mln. kVt·st artaraq 1108,9 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 2,9 mln. kVt·st azalaraq 288,3 mln. kVt·st olub. Külək elektrik stansiyalarında 77,0 mln. kVt·st, günəş elektrik stansiyalarında 48,5 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 162,8 mln. kVt·st elektrik enerjisi istehsal edilib. Müəllif: Elmir Murad