Azərbaycan bu ölkələrə elektrik enerjisi ixracını artırıb - Siyahı

10:28 - 30.11.2021


30 noyabr, Fineko/abc.az 2021-ci ilin 10 ayı ərzində elektrik enerjisinin ixracı 1156,0 mln. kVt·st olmaqla, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 254,9 mln. kVt·st artıb. İrana 252,8 mln. kVt·st, Türkiyəyə 318,6 mln. kVt·st, Rusiyaya 79,1 mln. kVt·st, Gürcüstana isə 505,5 mln. kVt·st elektrik enerjisi ixrac edilib.

Energetika Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, bu dövrdə elektrik enerjisinin idxalı 130,8 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 15,8 mln. kVt·st artıb. İrandan 27,3 mln. kVt·st, Rusiyadan 78,9 mln. kVt·st, Gürcüstandan isə 24,6 mln. kVt·st elektrik enerjisi idxal edilib.

Bütün xəbərlər